VETENİM-AZERBAYCANDİR.AZ
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edir, ona uğurlar arzulayırıq.
Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi bu sahədə əsl dönüş nöqtəsi olmuşdur. Azərbaycanda gimnastika ilbəil inkişaf edir və beynəlxalq arenalarda ölkəmiz layiqincə təmsil edilir.
Azərbaycanda gimnastikanın inkişafı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz Onun rəhbərliyi və gimnastikaya göstərdiyi diqqəti sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.
AGF-nın 2020-2025-ci illərdə beynəlxalq arenada, xüsusilə bədii və akrobatika gimnastikası növlərində tarixi nailiyyətlər qazandığnın şahidi olmuşuq. Dünya və Avropa çempionatlarında, eləcə də mötəbər yarışlarda çoxsaylı medallar əldə edilərək ölkə gimnastika tarixinə yeni uğurlar yazılıb.
Mehriban xanım Əliyevanın rəhbərliyi və gimnastika növlərinin inkişafı sahəsində çox işlər görülüb. Qazanılan uğurlar bir daha sübut edir ki, ölkəmiz idman sahəsində təkcə regionda deyil, dünya miqyasında da söz sahibi olmağa qadirdir. Azərbaycan artıq beynəlxalq aləmdə idman dövləti kimi tanınır.
2003 və 2005-ci illərdə Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilmiş, 2007, 2009 və 2014-cü illərdə isə Azərbaycan Avropa çempionatına uğurla ev sahibliyi etmişdir. 2014-cü il isə həm Azərbaycan idman tarixinə, həm də gimnastika ictimaiyyətinin yaddaşına xüsusi bir hadisə ilə yazıldı. Həmin il Prezident İlham Əliyev və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda möhtəşəm Milli Gimnastika Arenasının (MGA) açılışı baş tutdu. Bu arena yalnız Azərbaycanın deyil, regionun ən müasir idman qurğularından biri olmaqla, gimnastların peşəkar şəkildə inkişafı üçün geniş imkanlar yaratdı.
AGF beynəlxalq idman təşkilatları və xarici ölkələrin idman qurumları ilə sıx əməkdaşlıq edir, Azərbaycanın bu sahədəki nüfuzunun daha da möhkəmlənməsinə çalışır. Bütün bunları alqışlamaqla, Azərbaycanımızın hər sahədə çiçəkənməsini arzulayaq.
“Milli Dəyərləri Qorunması” İB təsisçisi, tarix ü.f.doktoru –Dilarə Nağıyeva
17.02.2026