Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıt Bələdiyyəsi şəhidin tədbirində fəal iştirak edib

Sumqayıt Bələdiyyəsi şəhidin tədbirində fəal iştirak edib
15-02-2026, 09:33 300 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Fevralın 10-u tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin şəhid Tacəddin İsmayılzadənin xatirəsinə həsr etdiyi "Döyüşdən şəhadətə gedən yol 128 gün" adlı kitabının təqdimatı keçirilib. Şəhid ailələri, Sumqayıt şəhər İcra hakimiyyətinin nümayəndələri, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi nümayəndələri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, YAP Sumqayıt təşkilatının nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlərin, həmçinin bir çox ictimai birliklərdən nümayəndələrin iştirak etdiyi tədbirdə Sumqayıt şəhər Bələdiyyə İdarəsinin nümayəndələri də fəal iştirak edib. Sumqayıt şəhər Bələdiyyə İdarəsinin sədr müavini Nərmin Mehdiyeva çıxışı zamanı şəhid ailələrinə hər zaman qayğı və diqqətin vacibliyindən danışaraq, şəhidlərimizin tanıdılmasında, xatirələrinin daima yaşadılmasında kitabların rolunun mühüm olduğunu vurğulamışdır. Çıxışın sonunda Bələdiyyə İdarəsinin kollektivi adından şəhid Tacəddin İsmayılzadənin anası Aygün Məmmədovaya və kitabın müəllifi şairə Esmira Günəşə hədiyyələr təqdim olunmuşdur. 
Neçə ki, tarix yazan şəhidlərimizi, öz qələmiylə tarixə yazan şairlərimiz var şəhidlərimiz əsla unudulmaz!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI