Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək
14-02-2026, 03:00 142 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.
bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
İkitərəfli əlaqələri dəyərləndirən nazir nəqliyyat və logistika sahəsində, o cümlədən tranzit daşımalar üzrə əməkdaşlığın genişlənməsini də müsbət qiymətləndirib:
"2025-ci ildə tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə artıb. 2026-cı ildən etibarən Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşların başlanması isə iqtisadi, turizm və humanitar əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək".
O, Azərbaycan-Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Birgə Komissiyanın mühüm rol oynadığını da vurğulayıb. Bildirilib ki, 2025-ci ilin oktyabrında Belqradda keçirilmiş Komissiyanın 9-cu iclası ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olub və iclasın yekunlarına dair imzalanmış protokol ticarət və investisiyalar, energetika və sənaye, nəqliyyat-logistika, eləcə də biznes dairələri arasında təmaslar kimi konkret istiqamətləri əhatə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI