Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“128 gün” kitabının təqdimat mərasimində iştirak etdik.

“128 gün” kitabının təqdimat mərasimində iştirak etdik.
12-02-2026, 01:39 325 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Sumqayıt Bələdiyyəsi-nin kollektivi olaraq Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhidimiz Tacəddin İsmayılzadənin əziz xatirəsinə həsr olunmuş “128 gün” kitabının təqdimat mərasimində iştirak etdik.

Tacəddin 128 gün komada qalıb, şəhidlik zirvəsinə ucalan şəhid qəhrəmanlarımızdan olub. Tibbi-elmi araşdırmalarına görə, komada olan insanda ən son itirilən hiss eşitmədir. Yəni insan gözlərini aça bilməsə də, səsləri, pıçıltıları, duaları duya bilər. Şəhidimizin anası Aygün xanım o 128 gün ərzində öz oğlunun qulağına nələr pıçıldayıb, nə dualar edib, neçə dəfə “oğlum, qalx” deyib təsəvvür edə bilərik çox ağır olsa da 😔 Neçə dəfə dua edib, neçə dəfə ümidlə səslənib? Amma görünən o oldu ki, Tacəddinin qəlbindəki Vətən sevgisi o qədər böyük idi ki, o sevgi onu ən uca zirvəyə – şəhidlik məqamına apardı. Bu, ana sevgisinin zəifliyi deyil əsla, bu Vətən sevgisinin böyüklüyüdür. Tacəddin bu dünyadan bir oğul kimi deyil, bir qəhrəman kimi köçdü. Adı isə artıq tarixdədir – bir şəhid olaraq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Onların xatirəsi qəlbimizdə, ruhu Vətən səmasında daim yaşayacaqdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI