Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yolum düşdü Zəfər adlı Vətənimdən

Yolum düşdü Zəfər adlı Vətənimdən
11-02-2026, 00:30 76 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Vətən yolu ömür xətti
Vətən yolu hüzün də var huzur da var.
Bu yolun ən işıqlı seçilən insanları onlardır.
Qazilər,şəhidlər,Vətən üçün doğulub şəhadətə ucalanlar.
2002 təvəllüdlü Məmmədzadə Əli Məzahir oğlu.
O da öz sinəsini Vətən üçün sipər etmiş,
İgidliyə gedən yolda cəsarətlə hünər göstərmişdir.Goranboyda xidməti 6 ay davam edən mərd cəsur əsgərimiz öz xidmətini layiqincə yerinə yetirmiş,öz Vətən yaralı dostlarını çiynində daşımış,ağrılara Vətən yarası deyib Gəncə qospitalında müalicə almışdır.
Bir çox Mərkəzi Bakı hospitallarında aldığı müalicələrə baxmayaraq,həyatda qalmaq üçün əzm göstərmişdir.
Əslində Ölüm qorxutmur onu.
Ölümün astanasında Vətən adlı səyahətin qovuşduğu zəfər qələbəsi ruhunda çiçəklənir.
Bakıda Milana hospitalının təmənnasız  göstərdiyi qayğı da göz önündə.
Təşəkkür boyda dünyaya sığmayan ürəklər var.
Maddi və mənəvi dəstəyini əsirgəməyən bütün hərkəs Əlinin yaşaması uçün səfərbər olmuşdu.
Çarəsiz bir Ananın qəlbində köks salan oğul Vətəndir indi.
Əlinin anası da şəhidliyin məğrur adını və dadını yaşayan bacıdır.Xəyalə Aydınqızı həm anasan həm bacı.Şəhidimin baş tacı.Necə daşıyasan bu ölməzlik boyda acımı deyim,tacımı deyim?
Vətən sənə oğul dedi.
Sorma məndən Vətən nədən yaxşıdır.
Vətəni sevən də vətəndir
Onun yolunda candan keçən də Vətəndir.
İndi hansımız Vətənik?
Mərd xiləsgar oğulların gözündə Vətənsiz qalan Analar Vətəndir.
Şəhidlər ölməzdir.
Vətən bölünməzdir.
Ruhunuz qarşısında baş əyirəm.
Nur içində uyusun buzim Vətən oğlu Əli,Mübariz,Xudayar kimi igidlərimiz.
Üçrəngli Bayrağımın Dördüncü Rəngini daşıyanlar  onlar.Qürurla

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI