Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ümumi inkişafına daha böyük dinamika gətirir.

Ümumi inkişafına daha böyük dinamika gətirir.
6-02-2026, 10:33 160 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Sabunçu Tibb Mərkəzinin digər parlaq simalarından biri də Nevrologiya şöbəsinin müdiri Esmira Əliyevadır. Onun haqqında deyirlər: “Böyüklə böyük, kiçiklə kiçik olması” – bu, hər kəsə eyni hörmətlə yanaşmağın ən gözəl ifadəsidir. Həkimlik yalnız diaqnoz qoymaq deyil – xəstənin psixologiyasını anlamaq, onu dinləmək, narahatlığını yüngülləşdirməkdir. Esmira Əliyevanın insanlarla davranışı elədir ki, sahib olduğu peşəkarlıqla yanaşı, xəstənin qəlbinə də toxunur.

Nevrologiya sahəsi ən çətin tibbi istiqamətlərdən biridir. Sinir sistemi xəstəlikləri həm fiziki, həm də psixoloji olaraq insanı sarsıdır. Bu zaman həkimin səsi, sözü, davranışı müalicənin bir hissəsinə çevrilir. Esmira xanım da məhz belə həkimlərdəndir – onun kabinetinə daxil olan xəstə qorxu ilə deyil, güvənlə oturur, çünki qarşısındakı həkimin həm bilik, həm ürək, həm də anlayış sahibi olduğunu hiss edir. O, peşəkarlığını yalnız müalicə ilə deyil, insanlara münasibəti ilə göstərir.

Şöbəsinə rəhbərlik etdiyi illər ərzində Esmira Əliyeva təkcə xəstələrə yox, həm də gənc tibb işçilərinə bir məktəb olub. Onu tanıyan hər kəs bilir ki, bu həkim üçün titullar və vəzifələr deyil, insan həyatının qiyməti daha önəmlidir. Ona görə də Sabunçu Tibb Mərkəzi nevrologiya sahəsində etibarlı, savadlı və yüksək səviyyəli xidmət göstərən ünvan sayılır.

Sabunçu Tibb Mərkəzində fəaliyyət göstərən bu üç dəyərli şəxs – Ülviyyə Kərimzadə, Esmira Əliyeva və Nurəngiz Bəşirova – tibb sistemində ideal bir model yaradıblar. Tibb yalnız ağ xalat və stetoskop demək deyil. Tibb – insan sevgisi, peşə məsuliyyəti, vicdan, mərhəmət və qurtuluşun adıdır. Bu mərkəzdə isə məhz bu dəyərlər üstünlük təşkil edir.

Bəzən bir xəstə yalnız bir cümlə gözləyir: “Narahat olmayın, hər şey yaxşı olacaq”. Bu sözün həkimin dilindən deyil…

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI