Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təbrik Məktubu

Təbrik Məktubu
4-02-2026, 18:41 808 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

   "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin 
75 mindən çox üzvü olan Qadınlar ordusu adından Hörmətli Prezident
cənab İlham Əliyevi 2026-cı ildə dünya miqyasında qardaşlığı, həmrəyliyi və sülhü təşviq edən liderlər sırasına daxil olaraq "Zayed insan Qardaşlığı  Mükafatı "na layiq görülməsi münasibətilə təbrik edir, dərin ehtiramımızı bildiririk.
Bu yüksək Beynəlxalq tanınma, Prezident İlham Əliyevin uzaqgörən və fədakar siyasətinin, Azərbaycanın tərəqqisi və regionda sülhün möhkəmlənməsinə verdiyi misilsiz töhfənin bariz nümunəsidir. Onun rəhbərliyi altında Azərbaycan  həmrəyliyin, dialoqun və insanlıq dəyərlərinin möhkəmləndiyi bir ölkə kimi dünya səhnəsində nüfuz qazanmışdır.
Bir daha Vətəndaş Cəmiyyəti olaraq Möhtərəm Prezidentimizi təbrik edir, ölkəmizin inkişafı, həmrəyliyi və tərəqqisi yolunda göstərdiyi liderliyə dərin minnətdarlıq və hörmət ifadə edirik. Bu mükafat həm də Azərbaycan qadınlarının sülh, əməkdaşlıq və humanizm ideallarına olan sadiqliyinin beynəlxalq səviyyədə təqdir olunmasıdır.

"AQRC" İ.B. sədri
Bahar Qasımova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI