Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident İlham Əliyev Avstraliya İttifaqının Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Avstraliya İttifaqının Azərbaycandakı yeni səfirini qəbul edib
31-01-2026, 08:36 186 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsenti qəbul edib.

Görüş zamanı dövlətimizin başçısı ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğulayıb.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Salli-Ann Vinsent Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi duyduğunu bildirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylə çalışacağını qeyd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI