Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
29-01-2026, 19:48 294 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

ATXİ-da İncəsənətin Tərəqqisinin Dəstəklənməsi İctimai Birliyinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ATXİ nın sədri H.İsmayılov gələn qonaqları salamladı.Daha sonra qurumun sədri T.Orucova iştirakçıları salamlayaraq gəncləri bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış zamanı Zəfər Günü və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi də ehtiramla yad edilib.

Tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə və Ceyhun Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı zəngin mədəni irsə malikdir. Şərqdə ilk opera və ilk demokratik respublikanın məhz Azərbaycanda yaranması xalqımızın mədəni və tarixi gücünün göstəricisidir. Çıxışlarda gənclərin yüksək zövqlə, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb və mədəniyyətin inkişafı üçün bu kimi tədbirlərin sayının artırılmasının önəmi qeyd edilib.

295 saylı tam orta məktəbin direktoru Dilarə Cəbrayılova çıxışında Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən gənclərlə yanaşı, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş vətənpərvər gənclərimizin də xüsusi hörmətə layiq olduğunu bildirib.

TXİ-nin sədr müavini, professor Azad Şükürov gənclərin daha savadlı, istedadlı və düşüncəli yetişməsində dövlətin rolundan danışıb.

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir. O, həmçinin dövlət tərəfindən gənclərin xarici ölkələrdə təhsil alması üçün xüsusi proqramların həyata keçirildiyini vurğulayıb.

Nərimanov rayonu üzrə gənclər və idman sektorunun müdiri Bahəddin Hüseynov çıxış edərək gənclərin inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Tədbir çərçivəsində bir sıra iştirakçılar və fəal gənclər mükafatlandırılıb. Şəhid Kənan haqqında hazırlanmış jurnal onun anasına təqdim olunub. Qurumun sədri T.Orucovaya görülən işlərə görə minnətdarlıq ifadə

Tədbirin bədii hissəsində Nəzrin Mansurlu, Səbinə, Turan Nağızadə, Ayşə Abbasova, Aydan Əliyeva, Günel Kərimova, Aytac Həsənli, Nurlan Səfərli və Səma Vüqarlı musiqi nömrələri ilə çıxış ediblər.

VETENİM-AZERBAYCANDİR.AZ Leyla Nur


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI