Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ERKƏN NİKAH — dərk edərkən anladığım tək anlayış UŞAQLIQDAN ALINAN HƏYATDIR!

ERKƏN NİKAH — dərk edərkən anladığım tək anlayış UŞAQLIQDAN ALINAN HƏYATDIR!
25-01-2026, 12:58 573 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Bu gün gündəmi zəbt edən ən qlobal problemlərdən biri də erkən nikahdır.
Erkən nikah sadəcə ailə məsələsi deyil — bu, uşaq hüquqlarının pozulması, gələcəyin yarımçıq qoyulmasıdır.

18 yaşına çatmamış qız:
təhsilini yarımçıq qoyur,
sağlamlıq riski ilə üzləşir,
hüquqi müdafiədən məhrum qalır,
psixoloji travmalar yaşayır.

Əslində, Azərbaycanda nikah yaşı — 18 olsa da,
erkən nikah — qanunsuzdur və cinayət məsuliyyəti yaradır.

Bir qız uşağı ana olmaq üçün yox, uşaq olmaq üçün doğulur. Onun arzularını, təhsilini, gələcəyini əlindən almağa heç kimin haqqı yoxdur.

Cəmiyyət olaraq susmaq yox, qorumaq və maarifləndirmək borcumuzdur.

ERKƏN NİKAH — QANUN POZUNTUSUDUR

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən:
Nikah yaşı — 18 yaşdır.
Bu yaşdan aşağı bağlanan nikah qanunsuzdur və hüquqi nəticə doğurmur.

Erkən nikahın hüquqi fəsadları:

  • Nikah dövlət qeydiyyatına alınmır,
  • Qadın aliment, miras və əmlak hüququndan məhrum qalır,
  • Uşaqların hüquqi statusu risk altına düşür,
  • Boşanma zamanı müdafiə mexanizmləri olmur.


Erkən nikaha məcburetmə və vasitəçilik:

  • Cinayət məsuliyyəti yaradır,
  • Valideynlər və təşkil edən şəxslər məsuliyyət daşıyır.


Qanun uşağı qoruyur.
Erkən nikah hüquq pozuntusudur.
Susmaq — bu pozuntunu legitimləşdirməkdir.

Hər bir uşağın təhsil almaq, sağlam böyümək, seçim etmək hüququ var.
Qanuna hörmət — gələcəyə hörmətdir.

VətənimAzərbaycan.az

Hənifəli Xəyalə

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI