VETENİM-AZERBAYCANDİR.AZ
Heydər Əliyev kimi bir dahi şəxsiyyətin xalqımıza bəxş etdiyi ən qiymətli miras — onun siyasi kursunu əzm, iradə, qətiyyət və yenilikçi düşüncə ilə davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdir. Müasir dünyanın mürəkkəb geosiyasi reallıqlarında Azərbaycanı böyük məharətlə idarə edən Prezident İlham Əliyev həm ulu öndərin irsini layiqincə yaşadır, həm də onu yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirərək ölkəmizi daha yüksək zirvələrə qaldırır.
İlham Əliyevin adı bu gün yalnız Azərbaycanın tərəqqisi ilə deyil, həm də bütöv regionda sülh, sabitlik və inkişaf çağırışı ilə assosiasiya olunur. O, XXI əsrin siyasi nəbzini tutan, qlobal trendləri əvvəlcədən görən və müasir dövlət modelini uğurla tətbiq edən liderlərdən biridir.
Onun rəhbərliyi ilə Azərbaycan:
• Qarabağ Zəfəri ilə 200 illik həsrətə son qoydu, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu;
• güclü, peşəkar və yüksək texnologiyalara əsaslanan ordu formalaşdırdı;
• iqtisadiyyatını şaxələndirən, enerji təhlükəsizliyinə qlobal töhfə verən, region üçün strateji əhəmiyyət daşıyan layihələr həyata keçirdi;
• müasir dövlət modeli yaradaraq demokratik islahatları genişləndirdi, sosial rifahı yüksəltdi;
• beynəlxalq təşkilatlarda nüfuzlu tərəfdaş kimi çıxış edərək Azərbaycanın qlobal miqyasda etibarlı imicini möhkəmləndirdi.
Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti böyük liderin portreti olmaqla yanaşı, müasir Azərbaycanın inkişaf fəlsəfəsini də özündə əks etdirir. Bu fəaliyyət eyni zamanda gənc nəslin dövlətçilik düşüncəsinin formalaşmasına yönəlmiş mühüm bir vəsaitdir. Çünki İlham Əliyevin fəaliyyət yolu bir siyasətçinin bioqrafiyasından çox-çox irəlidə dayanır — o, müasir Azərbaycan dövlətinin yüksəliş tarixidir, qürur tarixidir, Vətən sevgisinin və xalqa xidmətin rəmzidir.
Ümummilli liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə imza atır, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. Tolerantlıq nümunəsi, multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın inkişaf yolu bir çox ölkələr üçün örnəkdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, mötəbər strateji tədqiqat mərkəzləri və aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi dəyərləndirir, ölkəmizin gələcəyinə dair müsbət rəy və proqnozlar ifadə edirlər.
Tarixi əhəmiyyətə malik ən mühüm məqam isə budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyü və tarixi ədalətin bərpası uğrunda ləyaqətli və qətiyyətli mübarizə aparan Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq haqq savaşında ali məqsədinə nail oldu. 44 günlük Vətən müharibəsində qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz və milli ləyaqətimiz bərpa olundu.
Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha sübut etdi ki, onun sözü imzası qədər dəyərlidir. Tərəqqi və zəfər yolu Heydər Əliyev ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır. Müstəqil Azərbaycan Heydər Əliyev yolunun müzəffər davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru inamla irəliləyir.
Onun ömür yolu fədakarlığın, əzmkar liderliyin və böyük missiyaya sədaqətin parlaq nümunəsidir. Bu yolun hər mərhələsi dövlətçilik təcrübəsinin zənginləşməsi, Azərbaycanın yeni uğurlara imza atması ilə yadda qalmışdır. Bu inkişaf yolu milli iradənin, dövlət–xalq birliyinin və müdrik liderliyin təntənəsidir.
Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, məkanı cənnət olsun.
Yaşasın qalib sərkərdə, qətiyyətli lider, böyük strateq, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!
Yaşasın tarixə belə bir qüdrətli sərkərdə, uzaqgörən dövlət başçısı bəxş edən Azərbaycan xalqı!
Azərbaycan Respubllkası
Prezidenti yanında Dövlət İdarəçəlik Akademiyası,
"Hüquq"kafedrasının baş müəllimi,hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı