Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MİNGƏÇEVİR ŞƏHƏR 16SAYLI UŞAQ BAĞÇASINDA "YENİ 2026cı İLƏ" START VERİLDİ.

MİNGƏÇEVİR  ŞƏHƏR  16SAYLI  UŞAQ BAĞÇASINDA   "YENİ 2026cı İLƏ" START VERİLDİ.
28-12-2025, 11:41 220 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün 16saylı "AYNUR körpələr evi" uşaq bağçasında gözəl bir gün keçirdik. Balaca fidanların   səbirsizliklə gözlədiyi "YENİ İL"-şənliyi böyük sevinclə qeyd olundu.Tədbiri  Azərbaycan Himni sədaları altında (ayaqda)bağçanın metodisti  Şöhlə xanım İsaqova açıq elan elədi. Məktəbəqədər qrupun körpə fidanları öz məharətlərini nümayiş etdirdilər. Şeirlər, mahnılar, rəngarəng rəqslər bir-birini əvəz etdikcə bayram ovqatı bütün salona yayıldı. Tədbirdə Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincini ikiqat artırdı. Şaxta baba uşaqların  suallarını cavablandırdı, hədiyyələr payladı, bir-birindən maraqlı səhnəciklər, oyunlar və suallar təşkil etdi. Uşaqlar da öz növbəsində Könül xanım Əsədova (müəllimə) və Samirə xanım Əzizovanın (müəllimə)  həvəslə öyrətdikləri şeirləri əzbər  səsləndirərək bayram ab-havasını daha da rəngarəng etdilər. Əyləncəli məqamlar sırasında Zuzu-adlı  klounun çıxışı xüsusi maraqla qarşılandı. Klounun zarafatları, rəngbərəng geyimi və uşaqlarla qurduğu mehriban dialoq uşaqların  üzündə təbəssüm yaratdı.  zalda gülüşlər ucaldı.
 Qrup müəllimələri Könül xanım və Samirə xanımın zəhməti sayəsində hazırlanmış ssenari əsasında bütün  proqramlar musiqi müəlliməsi Nəzakət  xanımın yüksək səviyyəli bacarığı ilə təşkil olundu. Uşaqların sərbəstliyi, cəsarəti və sevinc dolu baxışları onların bu gün üçün necə hazırlandıqlarının açıq şəkildə göstəricisi idi.  Yaratdıqları bu möhtəşəmlik üçün tədbirin sonunda bağçanın müdiri  Kamilə xanım İlyasova və metodist Şöhlə xanım İsaqova eləcə də bütün  valideynlər müəllim heyətinə öz səmimi təşəkkürlərini  bildirdilər. Qarşıdan gələn yeni 2026cı ildə hər kəsə cansağlığı, bol sevincli günlər arzuladılar.
Bu cür tədbirlər uşaqlarda həm özgüvənə, həm də gələcəkdə yaradıcılıq inkişafına böyük töhfə verir. "AYNUR körpələr  evi" uşaq bağçasında keçirilmiş bu "YENİ İL" şənliyi balacaların yaddaşında uzun müddət parlaq xatirə kimi qalacaq.
Vətənim Azerbaycandır.az informasiya agentliyinin Baş redaktoru və təsisçisi Kamran Orucov və portal nümayəndələri: 16saylı "AYNUR körpələr evi" uşaq bağçasının rəhbərliyi başda olmaqla bütün kollektivi  "YENİ 2026cı İL"- münasibətilə TƏBRİK EDİR, tədbirdə əməyi olan hər kəsə təşəkkür bildirir.
   Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: Naile Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI