Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan və Aİ yeni əməkdaşlıq sazişi hazırlayır

Azərbaycan və Aİ yeni əməkdaşlıq sazişi hazırlayır
26-12-2025, 21:58 125 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə keçid edir.
bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat zamanı bildirib.
Nazir vurğulayıb ki, tərəflər arasında qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan əlaqələrdə müsbət irəliləyiş müşahidə olunur. Onun sözlərinə görə, hazırda Azərbaycan və Aİ arasında yeni sazişin hazırlanması istiqamətində işlər davam etdirilir.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan Avropanın 10 dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Avropa İttifaqının Siyasi Birliyi çərçivəsində keçirilən 12-ci konfransın 2028-ci ildə Azərbaycanda təşkil olunması planlaşdırılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI