Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni İl şənliyi keçirildi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni İl şənliyi keçirildi
25-12-2025, 11:27 434 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 
​Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni İl şənliyi keçirildi


24 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər internat tipli xüsusi ümumtəhsil məktəbinin birgə təşkilatçılığı, Lənkəran Dövlət Dram Teatrının təşkilati dəstəyi ilə Lənkəran şəhər internat tipli xüsusi ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud və xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün, həmçinin Lənkəran şəhərində 2 nömrəli ailə tipli kiçik qrup evinin uşaqları üçün möhtəşəm şənlik keçirildi.

Şənlikdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və Lənkəran şəhər internat tipli xüsusi ümumtəhsil məktəbinin direktoru Şərqiyə Eminova çıxış edərək uşaqları təbrik etdilər, Azərbaycanda uşaq siyasətinin prioritet olduğunu, xüsusilə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqların hər zaman dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd etdilər. Ölkə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlara göstərilən sonsuz diqqət və sevgi, onlar üçün yaradılan müasir şəraitə görə dövlətimizə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə uşaqların sevimlisi olan Şaxta Baba, Qarqız və müxtəlif cizgi film personajları iştirak etdi, tanınmış müğənnilər mahnılar ifa etdilər. Uşaqlar şeirlər söylədilər, mahnılar oxudular və rəqs etdilər.

Şənliyin sonunda Şaxta Baba uşaqlara hədiyyələr payladı və möhtəşəm bayram tortu kəsildi.

Tədbir böyük sevinc və əyləncə ilə yadda qaldı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI