Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Doğum gününüz mübarək, cənab Prezident!

Doğum gününüz mübarək,     cənab Prezident!
24-12-2025, 00:55 256 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

   Bu əlamətdar gündə Sizə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İ.B.-nin on minlərlə üzvü adından möhkəm cansağlığı, qətiyyətli iradə, müdriklik və Azərbaycan xalqına xidmət yolunda tükənməz enerji arzulayırıq. Qoy qarşıdan gələn il ölkəmiz və xalqımız üçün yeni imkanlar, aydın hədəflər və davamlı inkişaf gətirsin. Dövlətə sədaqətli xidmətinizə, sülh və sabitliyə əsaslanan gələcək naminə göstərdiyiniz prinsipial mövqeyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

    Sizin doğum gününüzü Xankəndi şəhərində keçirərək Qarabağın dirçəliş prosesinə bilavasitə şahidlik etməyiniz, yeni yaşayış məntəqələrinin və kəndlərin salınması, eləcə də uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlərə yeni evlərin təqdim olunması dövlət başçısı kimi xalqınıza olan məsuliyyətinizin və qayğınızın bariz nümunəsidir.

   Siz illər boyu çətin və həlledici məqamlarda xalqla birgə dayanmış, ağır və məsuliyyətli qərarların yükünü ləyaqət və qətiyyətlə üzərinizə götürmüsünüz. Sizin liderliyiniz, cəsarətiniz və siyasi iradəniz ölkəni müharibə sınaqlarından çıxararaq dayanıqlı sülh mərhələsinə gətirmişdir.

    Biz vətəndaş cəmiyyəti nümayəndələri olaraq mürəkkəb daxili və qlobal çağırışların həllində, dövlətçilik institutlarının möhkəmləndirilməsində, xalqımızın təhlükəsizliyi və rifahının təmin edilməsində göstərdiyiniz uzaqgörən siyasəti yüksək qiymətləndirir və qəbul etdiyiniz qərarları dəstəkləyirik. 44 günlük Vətən müharibəsi dövründə altı dəfə sərhəd bölgələrində əsgərlərlə görüşərək onlara maddi, mənəvi, psixoloji və tibbi dəstək göstərmiş, eyni zamanda 200-dən artıq dünya liderlərinə və beynəlxalq ictimaiyyət nümayəndələrinə bəyanat və müraciətlər ünvanlamışıq.

Xalqın etimadına əsaslanan liderliyiniz, milli maraqlara sədaqətiniz və gələcəyə yönəlmiş strateji baxışınız Azərbaycanın sabahına olan inamımızı daha da möhkəmləndirir. Qarabağın bərpası və davamlı inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarında fəal iştirak etməyə və bu müqəddəs missiyada üzərimizə düşən töhfəni verməyə daim hazır olduğumuzu bildiririk. 
   Sizə ali və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar, ölkəmizə isə sülh, birlik və davamlı inkişaf arzulayırıq.
"AQRC"İ.B. sədri
BAHAR QASIMOVA 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI