Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Akademik Milli Dram Teatrında “Varlı ev” tamaşası nümayiş olundu

Akademik Milli Dram Teatrında “Varlı ev” tamaşası nümayiş olundu
16-12-2025, 17:23 434 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 
Akademik Milli Dram Teatrının səhnəsində dekabrın 15-də görkəmli dramaturq G. Xuqayevin “Varlı ev” əsəri Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə tamaşaçılara təqdim olundu.


Tamaşanın quruluşçu rejissoru – Azərbaycanın Xalq artisti ,rejissor Firudin Məhərrəmovdur.Səhnə əsəri öz dərin fəlsəfi yükü və dramatik xətti ilə tamaşaçıların böyük marağına səbəb oldu.

“Varlı ev” tamaşasında müharibələrin bəşəriyyətə yaşatdığı dəhşətli faciələr qırmızı xətt kimi bütün əsər boyu izləyiciyə təqdim olunur. Müharibənin fonunda isə bir ailənin daxilində baş verən psixoloji və mənəvi qarşıdurmalar daha da kəskinləşir. Personajlar arasında yaranan konfliktlər, mənəvi sarsıntılar və faciəvi hadisələr tamaşaya dramatik gərginlik qatır.

Səhnə əsərində müharibənin təkcə cəbhədə deyil, ailə daxilində də dağıdıcı təsir göstərdiyi aydın şəkildə nümayiş etdirilir. Bu amil tamaşanın emosional təsir gücünü daha da artırır.

Yüksək peşəkarlıqla ərsəyə gələn tamaşa tamaşaçıların gurultulu alqışları ilə başa çatdı. Tamaşanın sonunda Xalq artisti, teatrın baş rejissoru və quruluşçu rejissor Firudin Məhərrəmov səhnəyə əsərin tərcüməçisi, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunu dəvət edərək ona təşəkkürünü bildirdi.

Qeyd edək ki, “Varlı ev” tamaşası həm aktyor oyunu, həm də qaldırdığı aktual mövzularla teatrsevərlərin yaddaşında dərin iz buraxdı.
VETENİM AZERBAYCANDIR.AZ 
LEYLA NUR

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI