Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

QAZİMİZƏ OLAN XÜSUSİ QAYGI QÜRURVERİCİDİR.

QAZİMİZƏ OLAN XÜSUSİ QAYGI  QÜRURVERİCİDİR.
14-12-2025, 23:16 257 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

Qazilərimiz bizim qürurumuzdur və onların yanında olmaq hər birimizin borcudur. Vətən müharibəsi zamanı həqiqi hərbi xidmətə çağrılan Dünyamalıyev Hüseynalı Sevdimalı oğlu MAHHXHQ rütbəsilə rəşadətli döyüşlərə qatılmışdır. Göstərdiyi qəhrəmanlığa görə dəfələrlə Orden və medallarla təltif olunmuş və 01.10.2020ci ildə Ağdərə ətrafı döyüşlərdə yaralanaraq ölkəmizin azadlığı uğrunda Qazilik zirvəsinə ucalmışdır. Qeyd etmək istəyirəm ki, Qazi Dünyamalıyev 
Hüseynalı Sevdimalı oğlu hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Maştağa Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Onun sağlamlıq vəziyyəti və mənəvi durumu ilə yaxından diqqət və qayğı məqsədilə Sahibkar qadınlar İBnin Sabunçu rayon şöbəsinin sədri "ESMİNUR" mini uşaq bağcası və tədris mərkəzinin rəhbəri ESMİRA xanım RƏHİMOVA ziyarət etmişdir. Ziyarət zamanı qaziyə xüsusi diqqət və qayğı göstərilmiş, ona mənəvi dəstək verilmişdir. Bu cür addımlar Qazilərimizdə ruh yüksəkliyi yaradır. Esmira xanımın Şəhid və Qazilərimizin şərəfinə daha bir missiyası ilə sizi tanış etmək istəyirəm. Son günlər yeni nəşrə hazırladığı "QAZİLƏRİMİZ"- haqqında kitabında bu gün ziyarət etdiyi Qazi Dünyamalıyev Hüseynalı Sevdimalı oğlunun adı xüsusi yer tutur. Esmira xanımın bu mərhəməti Qazilərimizə olan hörmətin, diqqətin və sosial məsuliyyətin göstəricisidir. 
Vətənim Azerbaycandır.az informasiya agentliyinin Baş redaktoru Kamran Orucov və portalın kollektivi olaraq Esmira xanım Rəhimovaya xoşməramlı missiyası üçün həyatda bol şanslar və yaradıcılıq uğurları arzu edirik..
   Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI