Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DÜNYANI HEYRAN QOYAN DAHİ ŞƏXSİYYƏT. (Anım günü)

DÜNYANI HEYRAN QOYAN   DAHİ  ŞƏXSİYYƏT. (Anım günü)
12-12-2025, 22:53 183 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin kollektivi Baş redaktor Kamran Orucov başda olmaqla hər il olduğu kimi (12.12.2025) bu il də Ulu Öndərin anım günü münasibəti ilə Fəxri Xiyabana, Ümummilli Lider Heydər Əliyev və ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər. Məzarların üzərinə tər çiçəklər, güllər düzdülər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuşdur. Ulu Öndər böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi idi. Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət Heydər Əliyev böyük el, xalq məhəbbəti minnətdarlıq hissi ilə anılır. Qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi Şəxsiyyəti var.
Bizim dövlətin Dahi Şəxsiyyəti Dünyanı Heyran qoyan Ulu Öndər Heydər Əliyev idi. O, Azərbaycanın tarixinə müdrik dövlət xadimi kimi qızıl hərflərlə yazılmışdır. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, uzaqgörən siyasətilə, tarix yazan sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmışdır. Ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki 8omöhtəşəm, hər zaman öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi. İnformasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı. Bütün dünyada Lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Vətənim http://xn--azerbaycandr-c5b.az/ kollektivi olaraq 
Ulu Öndərin hər birimizin qəlbində daima yeri var.
Allah rəhmət eləsin!
Nur içində yatsın..
 İnformasiya agentliyinin icraçı direktoru: Naile Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI