Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Mən Orada İdim” kitabının təqdimatı keçirildi

“Mən Orada İdim” kitabının təqdimatı keçirildi
9-12-2025, 00:58 382 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Fazilə Camalovanın təşkilatçılığı ilə “Mən Orada İdim” adlı kitabın təqdimat mərasimi yüksək səviyyədə baş tutdu. Tədbir həm vətənpərvərlik ruhunu, həm də gənc nəslin milli dəyərlərə bağlılığını əks etdirən məzmunu ilə xüsusi diqqət çəkdi.

Tədbirdə millət vəkilləri Vüqar İsgəndərov və Sabir Rüstəmxanlı, eləcə də şəhid valideynləri və müxtəlif sahələrdən olan dəyərli qonaqlar iştirak etdilər. Çıxış edən natiqlər kitabın əhəmiyyəti, ideyası və vətənpərvərlik mesajları barədə fikirlərini bölüşdülər.

Tədbirin ən təsirli hissələrindən biri 180 nömrəli məktəbin şagirdlərinin hazırladığı xüsusi kompozisiya oldu. Şagirdlərin duyğulu çıxışları tədbir iştirakçılarını kövrəltdi və mərasimə xüsusi bir ruh qatdı.

Təqdimatın mərkəzində isə kitabın müəllifi Abbasov Əli dayanırdı. O, kitabın yaranma prosesindən, topladığı xatirələrdən və layihənin məqsədindən danışdı.

Belə tədbirlərin keçirilməsi gənclərin vətənə sevgi və sədaqət hissinin güclənməsinə böyük töhfə verir. Bu uğurlu və təsirli tədbirin keçirilməsinə görə Fazilə Camalovaya xüsusi təşəkkür düşür.

Sonda qeyd edək ki, tədbirdə VETENİM-AZERBAYCANDİR.AZ saytının nümayəndəsi Hacıyeva Bahar iştirak edib və təqdimatla bağlı məlumatları oxucularla paylaşıb.

Məqalə VETENİM-AZERBAYCANDİR.AZ saytında təqdim olunur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI