Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“İnklüzivliyin Sirri 5” – Əlilliyi olan şəxslər üçün yaradılmış dəyərlər festivalı

“İnklüzivliyin Sirri 5” – Əlilliyi olan şəxslər üçün yaradılmış dəyərlər festivalı
4-12-2025, 22:28 518 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün “İnklüzivliyin Sirri 5” adlı xüsusi layihədə iştirak etmək, inklüziv cəmiyyət qurmaq istiqamətində görülən böyük işlərin canlı nümunəsini görmək imkanı yaratdı. Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş tədbir, həm sosial mesajı, həm də insanları bir araya gətirən ruhu ilə xüsusi məsuliyyət daşıyır.

Bu əlamətdar layihənin təşkilatçıları – Inclusive Organization Company və Ümidlə Gəl platforması – uzun illərdir ki, əlilliyi olan uşaqların və gənclərin sosial həyatdakı iştirakını gücləndirmək, onların bacarıqlarını üzə çıxarmaq və cəmiyyət tərəfindən daha doğru tanınmasını təmin etmək üçün mühüm addımlar atırlar.

Səhnədə təqdim edilən dəb nümayişi və konsert proqramı əlilliyi olan uşaqların və gənclərin istedadını, özünəinamını və potensialını üzə çıxarmaqla yanaşı, cəmiyyətin hər bir fərdi üçün dəstək və diqqətin vacibliyini göstərdi.

“İnklüzivliyin Sirri 5” layihəsi bir daha sübut etdi ki, inklüzivlik sevgi, empatiya və birlik üzərində qurulan bir dəyərdir.

Tədbirdə VetenimAzerbaycandir.az informasiya portalının xüsusi nümayəndəsi Hacıyeva Bahar iştirak edib və tədbirdən hazırlanan materialı oxuculara təqdim edir.

Xəbəri VetenimAzerbaycandir.az yayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI