Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanlı və türkiyəli generallar bir araya gəldilər

Azərbaycanlı və türkiyəli generallar bir araya gəldilər
2-12-2025, 20:23 142 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə yüksəksəviyyəli hərbi dialoq iclası keçirilir.
bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagülün rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant A.Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq prinsipi əsasında hərbi sahədə də qurulan əlaqələrin bu gün yüksələn xətlə davam etdiyini bildirib.
General-leytenant A.O.Yurdagül də öz növbəsində səmimi münasibət və göstərilən diqqətə görə minnətdarlığını bildirib və keçirilən qarşılıqlı görüşlərin hər iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyini qeyd edib.
Görüş əsnasında əməkdaşlıq çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətinə toxunulub.
Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrin perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr və fikir mübadilələri aparılıb.
Sonda nümayəndə heyətlərinin iştirakı ilə yüksəksəviyyəli hərbi dialoq iclasının açılış mərasimi olub, həmçinin alt işçi qrupları arasında iclaslar keçirilib.
Azərbaycanlı və türkiyəli generallar bir araya gəldilər

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI