Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Onlara əlavə vəzifə verildi

Onlara əlavə vəzifə verildi
19-11-2025, 20:15 122 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycanda yeni yaradılmış Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında təmsil olunacaq hakimlər müəyyənləşir.
Komissiyalarda Məhkəmə-Hüquq Şurası tərəfindən iki hakim təmsil olunacaq.
Müsabiqə komissiyasının tərkibinə Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova daxil edilib.
Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI