Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

8 Noyabr Paradi: Dünyaya Yeni Mesaj

8 Noyabr Paradi: Dünyaya Yeni Mesaj
9-11-2025, 19:11 226 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün bayrağımız bütün ölkə üzrə dalğalanır. Azadlıq Meydanında keçirilən hərbi parad Vətən Müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünü,  Azərbaycan Ordusunun qüdrətini, müasir arsenalını, həmçinin ölkəmizin regionda etibarlı və güclü mövqeyini bütün dünyaya nümayiş etdirdi. 

     Paradda 4000-dən çox xüsusi təyinatlı , yeni silah sistemləri və aviasiya vasitələrinin təqdimatı paradın əsas diqqət mərkəzi oldu. Azərbaycanın strateji gücünü və dayanıqlığını bütün dünyaya göstərdik. Tədbirdə Türkiyə və Pakistan liderlərinin iştirakı ölkəmizə olan qardaşlıq dəstəyini də göstərdi.

     Prezident İlham Əliyev çıxışında 44 günlük müharibəni və ondan sonrakı dövrdə həyata keçirilən tədbirləri təhlil edib, dost və qardaş ölkələrin dəstəyini vurğuladı. Azərbaycanda  separatizmə qarşı keçirilən antiterror əməliyyatı  Xankəndidə yekunlaşdı. Eyni zamanda o qeyd etdi  ki, erməni separatçılarının çay içmək istəyi Bakıda deyil, həbsxanada təmin edilir, istifadə etdikləri hərbi texnika  “Hərbi Qənimətlər’’ parkında  nümayiş etdirilir. 
 
Vətəndaş Cəmiyyəti olaraq,
   Azərbaycan Qadınları Respublika Cəmiyyəti İ.B. üzvləri Azərbaycan Ordusu ilə fəxr edir və gələcəyə inamla addımlayır. Ötən 44 gün ərzində biz dəfələrlə sərhədyanı bölgələrdə olan əsgərlərimizə baş çəkmişik. Onlara maddi və mənəvi dəstək olmuşuq və hər zaman ordumuzun yanında olacağıq.

 "AQRC" İ.B. sədri
  Bahar Qasımova


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI