Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Lənkəranda Zəfər Günümüz təntənə ilə qeyd olundu

Lənkəranda Zəfər Günümüz təntənə ilə qeyd olundu
8-11-2025, 11:12 216 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

7 noyabr 2025-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə “Qəhramanlıqdan doğan zəfər" adlı tədbir keçirildi.

Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyəti iştirak edirdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra Heydər Əliyev Mərkəzinin rəsm studiyasının uşaqlarının 8 Noyabr – Zəfər Gününə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirildi.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq Zəfər Gününün xalqımızın qürur mənbəyi olduğunu, bu Zəfərin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edildiyini vurğuladı.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində bu cür tədbirlərin mühüm rol oynadığını qeyd etdilər.

Tədbir bədii hissə ilə davam etdi. Şəhid övladları mahnı ifa etdilər, şeirlər söylədilər. Körpələr evi–uşaq bağçalarının balaca fidanları rəqs nömrələri ilə çıxış etdilər. Tanınmış ifaçılar və məktəblilər tərəfindən musiqi nömrələri səsləndirildi.

Sözləri Reyhanə Sadıxovaya, musiqisi bəstəkar Zəminə Taryelqızına məxsus olan “Heydər baba” mahnısı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbir Zəfər Gününün xalqımızın birliyini, qürurunu və qəhrəmanlıq salnaməsini təcəssüm etdirən anlarla yadda qaldı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI