Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Teatr Xadimləri İttifaqında “Xarıbülbülün təntənəsi” adlı tədbir keçirildi

Azərbaycan Teatr Xadimləri İttifaqında “Xarıbülbülün təntənəsi” adlı tədbir keçirildi
5-11-2025, 00:37 600 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Noyabr ayının 3 və 4-də Azərbaycan Teatr Xadimləri İttifaqında 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Xarıbülbülün təntənəsi” adlı möhtəşəm müsabiqə keçirilib.

Tədbiri Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov açaraq iştirakçıları Qələbənin ildönümü münasibətilə təbrik edib, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. O, çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanın müdrik siyasətinin bariz nümunəsidir.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri,bir sıra mədəniyyət və incəsənət nümayəndələri, teatr xadimləri, gənc aktyorlar iştirak etmişdir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova, 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsində iştirakına görə xüsusi diplomla təltif olunub.

Vətənimazərbaycandır.az saytı adından Xalidə xanımı səmimi qəlbdən təbrik edir, gələcək yaradıcılığında uğurlar, yeni nailiyyətlər və ilham dolu sənət yolu arzulayırıq.
LEYLA NUR

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI