Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Azərbaycan musiqisinin inkişafı: Mədəni tarixi kontekstdə təhlil” adlı monoqrafiya işıq üzü görüb

“Azərbaycan musiqisinin inkişafı: Mədəni tarixi kontekstdə təhlil” adlı monoqrafiya işıq üzü görüb
3-11-2025, 17:05 324 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasiminin “Azər­bay­ca­n musiqisinin inkişafı: Mədəni tarixi kontekstdə təhlil” ad­lı mo­noq­ra­fi­ya­sı çapdan çıxıb.

Ümumilikdə Azər­bay­can musiqisinin, mə­də­niy­yə­ti­nin dü­nə­ni, bu gü­nü və sa­ba­hını özündə ehtiva edən monoqrafiya üç fəsli əhatə edir. Bu fəsillərdə Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nin ta­ri­xi xro­no­lo­gi­ya­sı­, mil­li sər­və­­ti­­miz mu­ğam və Azər­bay­ca­nın mə­də­ni əla­qə­lə­rindən bəhs olunur. Bir neçə başlıq altında təqdim olunan birinci fəsil Azər­bay­can mə­də­niy­yə­ti­nin qı­zıl əs­ri; XII – XVI­II əsr­lər Azər­bay­can­da mə­də­niy­yə­tin in­ki­­şa­fı; Azər­bay­can mu­si­qi­si­nin in­ki­şa­fın­da 1905-ci il in­qi­la­bı; Azər­bay­can­da ope­ra­nın mən­bə­lə­ri; XIX əsr Azər­bay­can mu­si­qi­si­nin in­ki­şa­fın­da ye­ni dö­nüş haqqında maraqlı faktiki mənbələr əsasında məlumatları əks etdirir. Son fəsildə müəllif Azərbaycanın mədəni əlaqələri; Bakı mədəniyyəti; Türk dünyasının dahi şəxsiyyəti adlı bölmələrdə öz elmi mülahizələrini şərh edir.

Mo­noq­ra­fi­yadan in­cə­sə­nə­tin və mə­də­niy­yə­tin bü­tün sa­hə­lə­rin­də çalışanlar, elə­cə də el­mi müəs­si­sə­lə­rin mü­tə­xəs­sis­lə­ri istifadə edə bilərlər.  Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan kitab Azər­­bay­­can və in­gi­lis dilindədir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI