Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda V "Qələbə qaçışı" təşkil edilib

Bakıda V "Qələbə qaçışı" təşkil edilib
3-11-2025, 10:40 446 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.
 Qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və "Qürurla irəli" şüarı altında baş tutub.
Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 km məsafəni əhatə edib..

Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Xətai Rayon Komitəsi fəal iştirak etmişdir.
Yarışında Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin aparat işçiləri Roza Eyyubova, Tofiq Hüseynov, eləcə də Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Xətai Rayon Komitəsinin kollektivi və üzvləri birgə iştirak etmişlər.
İştirakçılar bu tədbirdə həm idman, həm də sosial həmrəylik baxımından nümunəvi fəallıq göstərmiş, toplanan vəsait YAŞAT Fonduna ianə edilmişdir.
Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Xətai Rayon Komitəsi gələcəkdə də vətənpərvərlik, ictimai həmrəylik və sosial məsuliyyət mövzularında layihələrdə aktiv iştirakını davam etdirəcəkdir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI