Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Daşkənddə Azərbaycan-Özbəkistan elm-incəsənət əlaqələrinə həsr olunmuş sərgi keçirilib

Daşkənddə Azərbaycan-Özbəkistan elm-incəsənət əlaqələrinə həsr olunmuş sərgi keçirilib
29-10-2025, 19:29 328 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Özbəkistanın Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovanın “Elm sübut edən yerdə incəsənət göstərir” adlı fərdi sərgisi keçirilib.

Sərgi Türk dünyası mədəni əlaqələrinin inkişafı, xüsusilə Azərbaycan–Özbəkistan incəsənət əlaqələrinin gücləndirilməsi istiqamətində təşkil olunub. Tədbirdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, elm və incəsənət xadimləri, universitet rektorları, müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılış mərasimində Mədəniyyət Mərkəzinin direktoru Akif Maarifli bildirib ki, sərgidə müəllifin Azərbaycan–Özbəkistan memarlıq nümunələrinə və digər mövzulara aid 40-dan çox dekorativ-tətbiqi sənət əsəri nümayiş etdirilir.

Sərgidə təqdim olunan əsərlər elmlərarası inteqrasiyada riyazi-məntiqi yanaşma və fəza təfəkkürü əsasında işlənildiyi müəllif tərəfindən elmi şəkildə izah edilib. Hər iki ölkənin memarlıq abidələrinin müxtəlif səthlərindəki həndəsi-molekulyar ornament oxşarlıqları, milli geyimlər və xalçalardakı bədii-dekorativ motivlərin elmi əsaslarla müqayisəsi təqdim olunub.

Bundan əlavə, Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda mühafizə olunan bir sıra eksponatların təsvirlərinə dair elmi araşdırmalar da bədii formada nümayiş etdirilib.

Sərgi çərçivəsində N. Yusifovanın müəllifi olduğu “Molekulyar portret xalça” seriyasından bir neçə nümunə də tamaşaçılara təqdim olunub. Bu təqdimatda müəllif xüsusi olaraq elmi izahını həm əməli, həm də bədii şəkildə təqdim edərək, onlarla kimyaçı alimin yaradıcılıqlarını, elmi kəşflərinin təsviri kimi molekul strukturlarını bir incəsənət elementi olaraq nümayiş etdirib. Molekul modelləri və qrafik təsvirləri əsasında hazırlanmış lazer texnologiyalı molekulyar portret xalçalar haqqında elmi təqdimat sərgi iştirakçılarında böyük maraq doğurub.

Sərgidə iştirak edən müxtəlif elm və yaradıcılıq adamları, universitet rektorları, həmçinin tələbələr müəllifə ünvanladıqları suallara N. Yusifova tərəfindən əhatəli cavablar alıblar.

 
   
 
 
  
 
 
   
 
 
 
 
 
 
   
 
  
 
 
   
 
 

   
 
 
   
 
 
   
 

 
  
 
 
   
 
Akademik Vaqif Abbasov

  
 Akademik Məhərrəm Məmmədyarov

   
 
Kimya elmləri doktoru, professor Elmira Suleymanova 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI