VETENİM-AZERBAYCANDİR.AZ
Bilgəhdə yerləşən “Esminur” Mini Baxça və Tədris Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə “Sağlam gələcək naminə – narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin İcraiyyə Komitəsinin üzvü, birlik üzrə sədri Kamran Orucov açıb. Tədbirdə XSİHİHİRB-nin müşaviri C. İsmayılov, təşkilatın şöbə müdiri R. Eyyubova, ASQİB-in sədri Z. Ağayeva, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin ictimai birliyinin sədri R. Axundova, hüquqşünas, psixoloq, xaricdə təhsilin təşkili üzrə mütəxəssis A. Ələkbərova,
VETENİM-AZERBAYCANDİR.AZ saytının nümayəndəsi L. Nur iştirak edib.
Eyni zamanda tədris mərkəzinin müəllim və psixoloqları da çıxış edərək öz fikirlərini bildiriblər. Qeyd olunub ki, müasir dövrdə bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biri narkomaniyadır. Bu, insanların təkcə sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurur.
Tədbirdə dövlətimizin bu istiqamətdə həyata keçirdiyi mühüm tədbirlərdən danışılıb. Xüsusilə Daxili İşlər Nazirliyinin, o cümlədən polis orqanlarının narkomaniyaya qarşı mübarizə sahəsində gördüyü profilaktik və əməli tədbirlərin, təhsil müəssisələrində keçirilən maarifləndirici görüşlərin, həmçinin gənclər arasında aparılan izahat işlərinin əhəmiyyəti vurğulanıb.
Ümummilli lider Heydər Əliyevin bu sahədə söylədiyi fikirlərə istinad edilərək bildirilib ki:
“Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati və profilaktik tədbirlər görülməli, lazımi izahat işləri aparılmalıdır.”
Ulu Öndər bu bəlanı cəmiyyətin “sosial bəlası” adlandırıb.
Tədbir iştirakçıları qeyd ediblər ki, narkomaniyanın qarşısının alınması üçün yeniyetmələrlə mütəmadi maarifləndirici işlərin aparılması xüsusilə vacibdir.
Sonda “Esminur” Mini Baxça və Tədris Mərkəzinin rəhbəri Esmira Rəhimova çıxış edərək bildirib ki, belə tədbirlər uşaqların düzgün istiqamətləndirilməsi, sağlam düşüncə və dəyərlərlə formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O, dövlətin, xüsusilə hüquq-mühafizə orqanlarının bu sahədəki dəstəyini yüksək qiymətləndirib və bu təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.



