Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pezeşkian yenə Azərbaycan dilində şeir dedi

Pezeşkian yenə Azərbaycan dilində şeir dedi
23-10-2025, 16:26 159 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçirib.
bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Görüş zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında böyük maraq yaradıb.
Pezeşkian, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur "Heydərbabaya salam" şeirindən bir parça oxuyub.
Prezidentin dilindən səslənən "Göylər bütün dumandır, günlərimiz yamandır", "Yaxşılığı əlimizdən alıblar", "Yaxşı bizi yaman günə salıblar" kimi ifadələr salondakı dinləyicilər tərəfindən emosional alqışlarla qarşılanıb.
Xatırladaq ki, İran prezidenti daha əvvəllər də azərbaycanca şeirlər səsləndirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI