Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gənc rəssam Nuranə Orucova Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildi

Gənc rəssam Nuranə Orucova Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildi
23-10-2025, 00:41 412 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Orucova Nuranə İmran qızı Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilərək gənc rəssam kimi böyük bir uğura imza atıb. O, gənc yaşlarından sənətə olan sevgisi və yaradıcılıq istedadı ilə fərqlənib.
Onun əsərləri bir çox respublika səviyyəli sərgilərdə nümayiş etdirilib və peşəkar rəssamlar tərəfindən yüksək qiymətləndirilib. Nuranə xanımın yaradıcılığında milli motivlər, dərin duyğular və rəng harmoniyası xüsusi yer tutur. O, müxtəlif mövzularda yaratdığı əsərlərlə həm peşəkar sənətsevərlərin, həm də gənc nəslin rəğbətini qazanıb.
Rəssamın işləri bir sıra jurnallarda və mətbu orqanlarda işıqlandırılıb. Nuranə Orucovanın sənətə verdiyi töhfələr onun adını ölkə mədəniyyətində tanıdıb. Onun əsərləri bir çox şəxsi kolleksiyalarda yer alır və beynəlxalq səviyyədə maraq doğurur.
Bu nailiyyətlər, rəssamın zəhmətinin, istedadının və sənətə sadiqliyinin bariz göstəricisidir.
Vətənimazərbaijandir.az saytı da Nuranə Orucovanı bu uğuru münasibətilə təbrik edir və ona gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayır. Gənc istedadlara hər zaman geniş imkanlar yaradılması ölkəmizin mədəni inkişafının mühüm tərkib hissəsidir.

​​​​VETENİM-AZERBAYCANDİR.AZ Leyla Nur

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI