Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının #AHİK nümayəndə heyəti Türkiyədə səfərdədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının #AHİK nümayəndə heyəti Türkiyədə səfərdədir.
22-10-2025, 02:12 244 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Səfər zamanı AHİK nümayəndələri Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərqun Atalay və Türk Metal Konfederasiyasının rəhbəri Uysal Altundağ ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışılıb, dövlət başçıları – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səyləri, siyasi iradəsi nəticəsində bütün sahələr üzrə əməkdaşlığın ən yüksək səviyyədə olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında inkişaf edən əlaqələr üzvlərin maraqlarına xidmət edir, aparılan təcrübə mübadiləsi əmək hüquqlarının müdafiəsində önəmli rol oynayır.
Tərəflər ölkələrimizin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

#AHİK #TİHİK #TMK #xidmetvesenaye #AzərbaycanTürkiyə

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI