Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun rəsmi açılışı olub

Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun rəsmi açılışı olub
21-10-2025, 22:45 382 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimi keçirilib. 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin qorunması naminə həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub. 
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi videoçarx da təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir , 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk forumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdə Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması hədəflənir”.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıq Azərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulduğunu diqqətə çatdırıb.  Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
Sonda Forum iştirakçıları adından Milli QHT Forumunun İdarə Heyətinin üzvü, "Xankəndi Məcburi Köçkünlərə Dəstək "İ.B. sədri  Xatirə Vəliyeva Prezident İlham Əliyeva Müraciət səsləndirdi.

Forum öz işini 4 panelə bölünərək davam etdirdi.
Forum konsert proqramı ilə yekunlaşdı.
Möhtəşəm tədbirə dəvətə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya və bütün zəhməti keçən insanlara təşəkkürümüzü bildiririk.

#QHTForum2025 #Xankəndi2025 #ƏməkdaşlıqForumu

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti "İ.B. sədri
Bahar Qasımova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI