Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xeyirxahlıq və həmrəyliyin təntənəsi – könüllü qanvermə aksiyası keçirilib

Xeyirxahlıq və həmrəyliyin təntənəsi – könüllü qanvermə aksiyası keçirilib
17-10-2025, 16:16 696 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Xeyirxahlıq və sosial həmrəylik məqsədilə təşkil olunan qanvermə aksiyası onlarla vətəndaşın iştirakı ilə keçirilib. Tədbir Vəhdət Partiyasının Abşeron rayonu üzrə sədri, ictimai fəal və sahibkar Atlaz Əsədovanın təşəbbüsü ilə reallaşıb.

Aksiya zamanı iştirakçılar ehtiyacı olan şəxslərə dəstək olmaq üçün könüllü şəkildə qan veriblər. Bu təşəbbüs insanlarda mərhəmət, birlik və sosial məsuliyyət hisslərinin güclənməsinə xidmət edib.

Tədbirdən sonra çıxış edən Atlaz Əsədova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində Füzulinin azad olunması münasibətilə belə bir humanist aksiyanın təşkili qürur hissi doğurur.

Aksiyada həmçinin Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Abşeron rayonu HİK-nin sədri Kamran Orucov, eləcə də psixoloq, xaricdə təhsilin təşkili üzrə mütəxəssis və ictimai fəal Aynurə Ələkbərova iştirak ediblər.

Aynurə Ələkbərova çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və birinci xanım Mehriban Əliyevanın humanist fəaliyyəti cəmiyyətdə mərhəmət və həmrəylik dəyərlərinin möhkəmlənməsinə böyük töhfə verir.

Belə aksiyalar insanlara xeyirxahlığın və paylaşmağın dəyərini xatırladır.

Qan vermək – həyat xilas etməkdir!



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI