Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ASQB-də yeni təyinat və əməkdaşlıq razılaşması

ASQB-də yeni təyinat və əməkdaşlıq razılaşması
12-10-2025, 21:32 971 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

Azərbaycan Sahibkar Qadınlar Birliyinin (ASQB) Baş Ofisində iki mühüm məsələyə baxılıb. Görüş zamanı həm yeni təyinat, həm də qurumlararası əməkdaşlıqla bağlı qərarlar qəbul olunub.
ASQB-nin sədri Zemfira Ağayeva, Esminur Təhsil Mərkəzinin rəhbəri Esmira Rəhimovanı Sabunçu rayon Sahibkar Qadınlar Birliyinin sədri təyin edərək ona rəsmi vəsiqə təqdim edib.
Esmira Rəhimova rəhbərlik etdiyi təhsil mərkəzində autizm spektr pozuntusu, serebral iflic, daun sindromu və digər inkişaf qüsurları olan uşaqlarla uzun illərdir peşəkar şəkildə çalışır. Onun fəaliyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, sosial uyğunlaşması və cəmiyyətə inteqrasiyasına yönəlib.
Tədbirdə sahibkar iş xanımları, təhsil işçiləri, eləcə də Azərbaycan Xidməti və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi komitəsinin üzvü Kamran Orucov iştirak edib.
Görüş çərçivəsində Azərbaycan Sahibkar Qadınlar Birliyi ilə Həmkarlar İttifaqı arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə sosial layihələrin həyata keçirilməsi və qarşılıqlı dəstək mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin təsdiq edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayevanın bu təşəbbüsü, bir daha qadın sahibkarlığının inkişafına, onların sosial fəallığının artırılmasına və cəmiyyətdə lider rolunun gücləndirilməsinə yönəlmiş məqsədyönlü fəaliyyətin bariz nümunəsidir.
Yeni təyinat münasibətilə Esmira Rəhimovaya gələcək fəaliyyətində uğurlar, nailiyyətlər və daha yüksək zirvələr arzulayırıq.
LEYLA NUR 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI