Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra vacib sənədlər təsdiq edilib

TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra vacib sənədlər təsdiq edilib
8-10-2025, 00:15 74 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib.
iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;
2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;
3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;
4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI