Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Keçmiş sovet imperiyasının qara əməllərindən bəhs edən əsər təqdim olundu.

Keçmiş sovet imperiyasının qara əməllərindən bəhs  edən əsər təqdim olundu.
7-10-2025, 18:42 419 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

30.09.25- ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıçı Rəna Nəcəfqızının çağdaş Azərbaycan ədəbiyyatına səs-küy salan, yeni detektiv kriminal - “Qara gözlü bilərzik” əsərinin möhtəşəm təqdimatı keçirildi. Təqdimata çoxlu sayda ziyalılar, görkəmli söz adamları yğışmışdı. 
   Tədbiri giriş sözüylə AYB sədrinin müşaviri Rauf Aslanov açdı. O, Azərbaycan ədəbiyyatında dedektiv- kriminal janrda ilk və yeganə qadın yazarın Rəna Nəcəf qızı olduğun qeyd etdi və məclisi açıq elan edərək tədbiri aparmaq üçün sözü şair-publisist, "Azad qələm" jurnalının redaktoru, prezident mükafatçısı Nəcibə İlkinə verdi.
O, qonaqları salamladı.  
    Tədbir iştirakçıları Azərbaycanımızın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan oğullarımızı bir dəqiqəlik sükutla yad etdilər.  
  Rəna Nəcəfqızının 65 illik yubileyini təbrik etdikdən sonra Nəcibə İlkin onun yaradıcılığı haqqında qonaqlara geniş məlumat verdi.
   “Qara gözlü bilərzik” əsəri ilə bağlı fikirlətini çatdıran Nəcibə xanım
  qeyd etdi ki, Azərbaycanda detektivin banisi Cəmşid Əmirovdan sonra qadın yazar olaraq Rəna Nəcəfqızı da bu janrda öz möhürünü vurdu.
 Əsər ideya cəhətdən çox güclü və təsirli olduğuna görə ədəbiyyatmızda böyük canlanma, oyanış yaratdı.   
Əsərdə keçmiş Sovet İmperiyasının qara əməlləri, işğalçılıq, soyğunçuluq və antitürk siyasətindən bəhs etdiyini vurğulayan aparacı keçmiş postsovet məkanının başında duran yüksək dairələrin narkotika və brilyant alveri ilə də məşğul olduğunu açıqladı. Hansı ki, onların qoyduğu bu çirkin “miras” hələ də davam etməkdədir.  
   Tədbirin aparıcısı, Rəna xanımın çox böyük zəhmətlə başa çatdırdığı bu əsərin Nobel mükafatını öllkəmizə gətirəcəyini də söyləməkdən çəkinmədi.
Çıxış üçün ilk söz kitabın redaktoru AYB Həmkərlar Təşkilatının sədri, filologiya üzrə fəslsəfə doktoru, görkəmli şair-publisist Firuzə Məmmədliyə verildi. Əsərin ədəbiyyatımıza böyük bir yenilik gətirdiyini söyləyən alim, vaxtilə tələbəsi olmuş Rəna Nəcəfqızının bu məharətindən duyduğu sevincini gizlətmədi. Qürur hissi keçirən müəllimə müəllifi və tədbirin aparıcısını "Firuzə ocağı"nın pul müküfatı ilə təltif etdi.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Əliyev, Qərbi Azərbaycan televiziyasının sədri, şair-jurnalsit Telli Pənahqızı, Pedaqogika üzrə fəlsəfə doktoru Lətifə Rzayeva, BDU-nin kafedra müdiri, professor Alış Qasımov, AYB-nin üzvülərindən “Xarı bülbül” jurnalının baş redaktoru, şair Ziyadxan Budaq, şair Mehman Mayılxanlı, Rövşən Quliyev, Məhəmməd Nərimanoğlu, Eldəniz Xuduyev, yazıçı Fazilə Qafarqızı, “Yenilik pres” qəzetinin redaktor müavini Nigar Qaybalıyeva çıxış edərək əsər və müəllif haqqında fikirlərini və təbriklərini çatdırdılar. Məclis iştirakçılarının hər biri Rəna xanımı ürəkrən təbrik edərək ona can sağlığı və yaradıcılıq uğurları dilədi.
Sonda xatirə şəkilləri çəkildi. 

“Azad Qələm” qəzetinin redaktoru Nəcibə İlkin .

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI