Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

​5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günü idi.

​5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günü idi.
6-10-2025, 14:11 249 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

   Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusudur. Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. 
Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayırdı, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, deyirdi. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi. 
     Ulu öndərimiz də müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir Onun müəllim haqqında dediyi “müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini- uşaqların tərbiyəsini yalniz ona etibar edir” “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.fikri müəllimə verilmiş ən gözəl tərifdir.5 oktyabr tarixində Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin təşkil etdiyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı tədbir keçirildi.
Tədbirdə BDU-nun Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli ,Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov,Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" Teleradio Şirkətinin sədr müavini, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev ,
Alim ictimai-siyasi xadim,Milli Məclisin  deputatı, "ADA" Universitetinin prorektoru  İnkişaf və Diplomatiya İnstitutunun direktoru  Fariz İsmailzadə,İctimai-siyasi xadimi, Milli Məclisin deputatı    ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov,Milli Məclisin deputatı ,  siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri Vüqar Rəhimzadə, ictimai siyasi xadim, Xankəndidən olan  Milli Məclisin deputatı Tural Gəncəliyev, Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov, Sahibkar Qadınlar İctimai Birliyinin   sədri, ictimai  xadım  Zemfira Ağayeva, Əməkdar incəsənət xadimi, “ Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu “ ilə təltif edilən tanınmış rəssam - modelyer, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova, Xalq artisti ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri İlham Namiq Kamal,Xalq   artisti Zemfira Nərimanova, Dövlət İqtisad Universitetinin Qadınlar Şurasının sədri, fəxri professor, BMT-nin Sülh Məramlı Səfiri,  Əsilzadələr Məclisinin üzvü  Hacıxanım Kifayət  Xudaverdiyeva, Alim, professor Pedaqoqika  üzrə  Fəlsəfə  doktoru Sədaqət  Rəhimova, 238- li məktəbin direktoru Xuraman Osmanova, Ehtiyatda olan Əsgər Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon Şəhid ailələri iş şöbəsinin rəhbəri  Əfsanə Nəbiyeva, Pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlı, AMEA-nın böyük elmi işçisi,  F.f.d.Aytən Qurbanova  dəyərli, ziyalı xanımlar və əməkdar müəllimlər iştirak edirdi. Tədbir fəxri qonaqların maraqlı çıxışları ilə yadda qaldı. Tədbirin təşkilatçısı və  aparıcısı Milli Dəyərlər üzrə Maarifləndirmə ictimai birliyinin sədri,  şair-jurnalist, “ Tərəqqi  medallı” Gülşən Behbud   sonda  fəxri  qonaqlara və iştirak edən bütün qonaqlara öz  təşəkkürünü bildirdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI