Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müəllimlər Gününüz mübarək!

Müəllimlər Gününüz mübarək!
4-10-2025, 21:44 627 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

Bu gün – gələcəyin təməlinin qoyulduğu ən müqəddəs peşə sahiblərinin – müəllimlərin bayramıdır. Bu münasibətlə “Esminur Mini Uşaq Baxçası və Tədris Mərkəzi”nin rəhbəri Esmira Rəhimova və onun fədakar kollektivini səmimi qəlbdən təbrik edirik.
Mərkəzdə serebral iflic, autizm spektoru, daun sindromu, mutizm və digər inkişaf çətinliyi yaşayan uşaqlarla sevgi, səbr və peşəkarlıqla məşğul olmaq, müəllimlik missiyasının nə qədər böyük fədakarlıq tələb etdiyini bir daha sübut edir.
Esmira xanımın rəhbərliyi altında çalışan hər bir müəllim balaların həyatına işıq, ümid və sevinc bəxş edir. Onların hər gülümsəməsi, hər nailiyyəti bu fədakar müəllimlərin əsl zəhmətinin və qəlb sevgisinin nəticəsidir.
Bu şərəfli yolda Esmira xanıma və onun dəyərli kollektivinə möhkəm səbr, sağlamlıq, sevgi və uğurlar arzulayırıq.
Sizin kimi müəllimlərin varlığı cəmiyyətimiz üçün qürurvericidir.
LEYLA NUR 
​​​​

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI