Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Esminur Mini Uşaq Baxçası və Tədris Mərkəzi

Esminur Mini Uşaq Baxçası və Tədris Mərkəzi
2-10-2025, 20:34 585 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

– Qayğı ilə Böyüyən Ümid
Son illərdə cəmiyyətimizdə autizmli uşaqların sayı artdıqca, bu sahədə fəaliyyət göstərən tədris və reabilitasiya mərkəzlərinin rolu daha da önəm qazanır. Onlardan biri də “Esminur Mini Uşaq Baxçası və Tədris Mərkəzi”dir. Mərkəzin rəhbəri Esmira Rəhimova saf qəlbi, böyük sevgisi və analıq qayğısı ilə balalara yanaşaraq, onların inkişafı üçün yorulmadan çalışır. Onun rəhbərlik etdiyi kollektiv də eyni qayğı və fədakarlıqla uşaqlara dəstək göstərir.

Azərbaycan Qadın Sahibkarlar Birliyinin sədri Zemfira Ağayeva və digər iş xanımları da mərkəzin qonağı olaraq körpə fidanlarla görüşüblər. Həmçinin Azərbaycan Xidmət və Sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Birliyi İcraiyyə komitəsinin üzvü Kamran Orucovda iştirak etmişdir.Bu ziyarət zamanı uşaqlara göstərilən diqqət və sevgi hər kəsi təsirləndirib. Zemfira xanım da hər zaman bu uşaqlara dəstəyini əsirgəməyib, onların cəmiyyətə qazandırılması istiqamətində mühüm təşəbbüslərə imza atıb.

Qürbətdə dünyaya göz açan Esmira Rəhimova, ürəyindəki vətən sevgisi ilə daim Azərbaycana bağlı olub və bu sevgisini uşaqlara göstərdiyi qayğı ilə yaşadıb. Autizm sindromlu uşaqlarla işləməyin necə məsuliyyətli və çətin olduğunu dərk etsə də, bu ağır yükü çiyinlərinə götürərək böyük uğurla icra edir.

Sonda Esmira Rəhimovaya, onun fədakar kollektivinə və bu yolda daim dəstəyini göstərən Zemfira xanıma möhkəm iradə, daim güc, sevgi və uğurlar arzulayırıq.
Leyla Nur

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI