Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABB Bank – müştəri məmnuniyyətində lider mövqedə

ABB Bank – müştəri məmnuniyyətində lider mövqedə
25-09-2025, 10:48 516 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

1992-ci ildə təsis edilən Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gün ölkənin ən böyük və aparıcı maliyyə qurumlarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə geniş spektrdə xidmətlər göstərərək, etibarlı maliyyə tərəfdaşı kimi fəaliyyətini davam etdirir. Müasir texnologiyaların tətbiqi ilə ABB müştərilərinə depozit, kredit, plastik kart, elektron bankçılıq və beynəlxalq əməkdaşlıq imkanları təqdim edir.
ABB-nin Sumqayıt filialında vətəndaşlara göstərilən diqqət və qayğı bir daha bankın müştəri yönümlü fəaliyyətini təsdiqləmişdir. Filialda hesab açdığımız zaman prosesin necə sürətli,rahat və şəffaf həll olunduğunun şahidi olduq.
Xüsusilə filialın əməkdaşı Mətanət Gülməmmədovanın işini peşəkar şəkildə həll edib,nəzakətli davranışı üçün təşəkkürümüzü bildiririk.
ABB Bankın əsas məqsədi müştərilərinə etibarlı, yüksək keyfiyyətli xidmət təqdim etməkdir. Müştəri məmnuniyyətini daim ön planda saxlayan ABB bütün vətəndaşları geniş maliyyə imkanlarından faydalanmağa dəvət edir.
VETENİM-AZERBAYCANDİR.AZ
Leyla Nur

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI