Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ÜLKƏR PSİXOLOGİYA MƏRKƏZİ TƏŞƏBBÜSÜ İLƏ

ÜLKƏR PSİXOLOGİYA MƏRKƏZİ TƏŞƏBBÜSÜ İLƏ
24-09-2025, 23:53 350 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ  

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏBƏDİ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA I QƏBƏLƏ KONFRANSI 20 Sentyabr 2025 ildə Qəbələ Mədəniyyət Mərkəzində keçildi.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və 
 Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi və Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsi sayğı duruşu ilə yad edildi. 
Daha sonra 
 Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən video çarx nümayiş olundu. 
Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhid Baş leytenant hərbi həkim Aqşin Ənvərlinin anası Dilrubə xanıma söz verildi.Həkim oğlunun qəhrəmanlığından danışan Dilrubə xanım çıxışında 
Tibb və Təhsildə Birgə İnteqrasiya layihə müəllifi Jalə xanıma xeyir duasını verdi.
Daha sonra söz 
Anterror şəhid Mayor Səmədov Xəyyamın atası Mirkazım müəllimə verildi.
Layihə fəaliyyətinə uğurlar arzu etdiyini ifadə etdi.
və layihəyə xeyir duasını verdi.
 Daha sonra Layihə müəllifi Jalə Mirsaaba söz verildi.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏBƏDİ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA
Layihəsinin məqsədi haqqında Jalə xanım ətraflı məlumat verdi.
Tibb və Təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olması üçün həyata keçirilir.
Daha sonra layihə spikerlərinin çıxışları dinlənildi.
Layihədə çıxış edirdi.
Pedaqogika üzrə fəlsəfə doktoru, alim Sədaqət Rəhimova 
Oksford Akademiyasının akademiki, "Alternativ Psixologiya" elminin müəllifi, Tibbi-biologiya elmləri doktoru, professor, Oksford Akademiyasının Departament rəhbəri, Beynəlxalq Ekoenergetika Akademiyasının "Tibbi biologiya və Ekologiya" Departamentinin direktoru İbadov Yaşar Saday oğlu
Azərbaycan Pedaqoji Universitetinin elmi işçisi, əməkdar müəllim Zülfiyyə Vəliyeva
Qəbələ şəhər Təhsil Sektorunun rəhbəri Arifə Bayramova 
Qəbələ Səsi Qəzetinin baş redaktoru Azad Məmmədov
Asiman Psixoloji Reabilitasiya Mərkəzi rəhbəri Asimə Ziyadxanqizi
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
İkinci Nəfəs Psixologiya Mərkəzi Psixoloqu Natiq Muradbəyli 
Sonda Ümummili Lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunmuş 
Tibb və Təhsildə Birgə İnteqrasiya I Qəbələ Konfransından  xatirə şəkilləri çəkdirildi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI