Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Noyabrın əvvəlində GÖZLƏ GÖRÜNƏCƏK - Yerə yaxınlaşır...

Noyabrın əvvəlində GÖZLƏ GÖRÜNƏCƏK - Yerə yaxınlaşır...
23-09-2025, 20:56 94 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Yerə yaxınlaşan C/2025 A6 (Lemmon) kometası sürətlə parlaqlaşır. Növbəti 10–14 gün ərzində onu adi binoklla görmək mümkün olacaq.
mütəxəssislərə görə, oktyabrın sonu – noyabrın əvvəlində kometa o qədər parlaq olacaq ki, gözlə də görünə biləcək. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Kometanın 3 yanvar 2025-ci ildə kəşf olunduğu bildirilir. Hazırda o, Yerdən 200 milyon kilometr uzaqdadır və hər gün bu məsafə 5 milyon kilometr azalır. 21 oktyabrda kometa Yerə ən yaxın – 90 milyon kilometrdən az məsafədə olacaq.
Alimlər bildirirlər ki, hazırda kometa Böyük Ayı bürcünə doğru hərəkət edir və oktyabrın ortalarında həmin bürcün yaxınlığında görünəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI