Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanda elektrik avtobusları istehsal olunacaq - Yeni saziş imzalandı

Azərbaycanda elektrik avtobusları istehsal olunacaq - Yeni saziş imzalandı
23-09-2025, 00:35 151 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycanda elektrik avtobuslarının istehsalı üzrə saziş imzalanıb.
bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlaskamp ilə görüş keçirilib. Görüşdə sənaye və ticarət sahələrində, xüsusilə elektrik nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd olunub ki, bu gün İqtisadiyyat Nazirliyi, "Improtex Trucks & Buses" və "MAN Truck & Bus SE" şirkətləri arasında saziş imzalanıb. Sənəd Azərbaycanda elektrik avtobuslarının istehsalı, istehsalın lokallaşdırılması və ixrac imkanlarının gücləndirilməsini nəzərdə tutur.
M.Cabbarov vurğulayıb ki, bu tərəfdaşlıq ölkədə sənayenin şaxələndirilməsinə, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalının inkişafına mühüm töhfə verəcək.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI