Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıtda şəhid Baş Leytenant Cavid Mirzəyevin xatirəsi anılıb

Sumqayıtda şəhid Baş Leytenant Cavid Mirzəyevin xatirəsi anılıb
22-09-2025, 14:46 933 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

21 sentyabr Antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış Baş Leytenant Cavid Mirzəyevin şəhadətinin 2-ci ildönümü münasibətilə Sumqayıt Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Mərasimdə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Daha sonra  Sumqayıt şəhər Qayalı mərasim evində şəhidin adına ehsan süfrəsi açılıb. Tədbirdə şəhər icra hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri, ictimaiyyət nümayəndələri, eləcə də Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva iştirak edib. Məclis şəhərin axundu tərəfindən dualarla açılıb.

Qeyd edək ki, Xocavənd qəhrəmanı, 706 saylı hərbi hissənin bölük komandiri, Baş Leytenant Mirzəyev Cavid Vətən müharibəsində iştirak edərək Şuşaya qədər döyüş yolu keçmiş, xüsusi şücaət göstərmişdir. O, 19 sentyabr 2023-cü ildə lokal antiterror əməliyyatı zamanı Xocavənd rayonunun düşmən işğalından azad olunmasında qəhrəmancasına şəhid olmuşdur.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilən Cavid Mirzəyev, əsgərləri tərəfindən daim sevilən və seçilən zabit kimi xatırlanır.

Vetenimazərbaycandır.az olaraq biz də mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, xalqımızın qəhrəman oğlunun ruhu qarşısında ehtiramla baş əyirik.Allah şəhidlərimizə rəhmət eləsin.
Leyla Nur

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI