Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İnklüzivliyin sirri” – inklüziv cəmiyyətə aparan yol

İnklüzivliyin sirri” – inklüziv cəmiyyətə aparan yol
20-09-2025, 22:06 419 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Cəmiyyətin inkişafında hər bir fərdin bərabər imkanlardan yararlanması, təhsildən sosial həyata qədər tam inteqrasiyası üçün vacib olan mövzulardan biri də inklüzivlikdir. Bu məqsədlə təşkil edilən “İnklüzivliyin sirri” adlı tədbir üç panel üzrə müzakirələrlə yadda qaldı. Tədbirdə dövlət qurumları, ictimai təşkilatlar, elm adamları və mütəxəssislər bir araya gələrək inklüzivliyin müxtəlif aspektlərinə toxundular.
I Panel – Nitq məhdudiyyətli şəxslər və inklüziv təhsil

Birinci paneldə iştirak edənlər arasında nefroloq, Yeni Klinikanın direktoru, Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Vüqar İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri, İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə, iqtisad elmləri namizədi, sahibkar Sakit Səmədov yer aldı.

Paneldə cəmiyyətdə qüsurlu uşaqların inkişafında mövcud çatışmazlıqlar, valideynlərə dəstək mexanizmləri və inklüziv təhsildə mütəxəssislərin hazırlanmasında olan boşluqlar müzakirə edildi. Spikerlər “sərt qanunların” qəbul olunmasının vacibliyini, analara və valideynlərə xüsusi diqqət göstərilməsinin zəruriliyini vurğuladılar. Tədbirdə iştirak edən valideynlərin sualları və təklifləri də dinlənildi. Panelin sonunda çıxış edən nümayəndələr təşəkkürnamələrlə təltif olundular.
II Panel – Təhsildə inklüzivlik və dövlət dəstəyi

İkinci panelin açılışını Milli Məclisin deputatı Ceyhun Məmmədov etdi. O, hər bir vətəndaşın təhsil hüququna malik olduğunu vurğuladı və bunun məhdudiyyətli uşaqlara da şamil edilməsinin vacibliyini qeyd etdi. Dövlət proqramları çərçivəsində görülən işlər, Heydər Əliyev Fondu və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahəyə dəstəyi diqqətə çatdırıldı.

Paneldə psixoloq-artterapevt, “Samra Center”in rəhbəri Bahar Bayramlı, ADU müəllimi və SABAH Təhsil Departamentinin rəhbəri Samirə Həsənova, “Inclusive Edu Academy”nin və inkluziv.az layihəsinin rəhbəri Günay İsmayılova, pedaqoq və beynəlxalq təlimçi Ülviyyə Hüseynli çıxış edərək öz təcrübələrini, təkliflərini və inklüziv təhsilin inkişafı üçün iradlarını bildirdilər.
III Panel – Nitq qüsurlu uşaqlar və cəmiyyətin rolu

Üçüncü paneldə “Ümidlə gəl” layihəsinin rəhbəri Hacı Quliyev, “Qüsursuz Nitq Psixologiya Mərkəzi”nin təsisçisi Esmira Qafarova, “Mellor Kids” Uşaq Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Mərdəliyeva, “Esminur Tədris Mərkəzi və mini baxça”nın rəhbəri Esmira Rəhimova, “Sən bir sən” beyin mərkəzinin təsisçisi Fəridə Quluzadə çıxış etdilər.

Spikerlər inklüziv cəmiyyətin qurulmasında maarifləndirmənin rolunu, nitq qüsurlu uşaqların valideynlərinə xüsusi qayğı və dəstəyin vacibliyini vurğuladılar. Onların sözlərinə görə, inklüzivlik yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir.
Tədbirin sonunda təşkilatçılar Pərvanə Mustafayeva və İbrahim Məmmədov bütün iştirakçılara təşəkkürlərini bildirdilər.
LEYLA NUR.
VETENİM AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI