Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov vətəndaşların növbəti qəbulunu keçirdi-FOTOLAR

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov vətəndaşların növbəti qəbulunu keçirdi-FOTOLAR
18-09-2025, 21:28 169 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

Bələdiyyə sədri Adil Xudadatov sakinləri fərdi qaydada qəbul edərək onların müraciətlərini dinləyib.

Qəbul zamanı şəhər sakinləri müxtəlif sosial və məişət məsələləri ilə bağlı müraciətlər ediblər. Söhbət zamanı əsasən torpaq sahələrinin sənədləşdirilməsi, yaşayış məntəqələrində abadlıq işləri, sosial dəstək tədbirləri və infrastruktur problemləri kimi mövzular müzakirə olunub.

Adil Xudadatov hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşaraq, qaldırılan məsələlərin araşdırılması və operativ həlli üçün aidiyyəti qurumların nümayəndələrinə tapşırıqlar verib. Bəzi məsələlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlərin isə qısa müddətdə nəticələndiriləcəyi bildirilib.

Sumqayıt Bələdiyyəsindən verilən məlumata görə, belə görüşlər mütəmadi olaraq davam etdiriləcək və hər bir vətəndaş problemlərini birbaşa rəhbərliyə çatdırmaq imkanı əldə edəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI