Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ÖZÜMÜZÜ DOĞRU TANIYAQ

ÖZÜMÜZÜ DOĞRU TANIYAQ
16-09-2025, 14:00 211 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Azərbaycan xalqını, yəni xalqımızı mən yaşadığım 73 il ərzində yetərincə tanımışam və artıq adım kimi əminəm ki, ən kritik anlarda biz hamıdan da artıq birləşməyi, güclü olmağı bacarırıq. 

Mən anadan olanda Stalin təqribən bir aydan çox idi ki, vəfat etmişdi. Körpəlikdən əlbəttə, heç nə xatırlaya bilmərəm, ancaq bağça yaşlarımdan və daha sonra yaddaşımda qalanları atamın danışdıqları ilə toplayanda mən Stalinin ölümündən az qala dərhal sonra əhalinin canından repressiya qorxusunun necə sürətlə çıxdığını anlaya bilirdim.

Lakin 1988-92-ci illər ərzində ölkəmizdə baş verən Dirçəliş, Milli Azadlıq, Müstəqillik hərəkatlarının, 20 Yanvar hadisələrinin bilavasitə iştirakçısı,  Qarabağ müharibəsinin şahidi olarkən artıq 35-40 yaşlarında yetkin bir adam idim. O illərdə hətta nüfuzlu xarici mətbuat səhifələrində Azərbaycan xalqını ən mübariz xalq titulu ilə təqdim edirdilər.

 Tırtılları hələ soyumamış işğalçı Sovet Ordusunun Lenin meydanını dövrələyən tanklarının arasından keçib 20 Yanvar şəhidlərini yola salan bir milyonluq xalqın cəsarətinin də bir iştirakçı olaraq şahidiyəm. 

Son 44 günlük müharibədə xalqımızın birləşmək qabiliyyətini isə hətta ən gənc olanlar da gördülər və bilirlər.

Beləliklə, bu xalqın üzərinə çökmüş qara buludları dağıtmağa da, ondan sonra sürətlə durulmağa və öz kökünə qayıtmağa, son qərinədə deqradasiyaya uğramış mənəviyyatını bərpa etməyə qadir olduğunu öz adım kimi bilirəm. Onu da bilirəm ki, bu günlər tezliklə gələcək!

ETİBAR ƏLIYEV 
15 SENTYABR 2025

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI