Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

🏅Məktəbimizin Şagirdlərinin Uğurları

🏅Məktəbimizin Şagirdlərinin Uğurları
10-09-2025, 22:13 176 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

Bu gün Şabran Rayon İcra Hakimiyyətində gənclərin nailiyyətlərinə həsr olunmuş xüsusi tədbir keçirilib. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyev, Şabran rayonu üzrə Təhsil Sektorunun müdiri Emin Mövsümov, Şabran şəhər Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Şabran rayonu üzrə Həmkarlar İttifaqı Təşkilatının sədri Seymur Qədəşov, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar təbrik edilib. Məktəbimizin fəxri olan Tağıyeva Lamiyə imtahanda 618 bal toplayaraq böyük uğura imza atıb.

İdman sahəsində də şagirdlərimiz uğurları ilə seçilib.
🏅 Bağırov Tunar və 🏅 Babayev Vaqif müxtəlif beynəlxalq yarışlarda məktəbimizi layiqincə təmsil edərək nailiyyətlər qazanıblar.

Bu uğurlar şagirdlərimizin iradə və zəhmətinin, müəllimlərimizin səbrli yol göstəriciliyinin, valideynlərimizin isə daim dəstəyinin nəticəsidir. Arzumuz odur ki, gənclərimiz bu uğurlarını gələcək təhsil və fəaliyyətlərində daha da artıraraq rayonumuzun və ölkəmizin qüruru olsunlar.

#QubaXaçmazRegionalTəhsilİdarəsi
#ŞabranşəhərMəmmədağaNəzirovadına4nömrəlitamortaümumtəhsilməktəbi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI