10:48 - Qadın Sahibkarlar İctimai Birliyinin Ağdaş rayon üzrə sədri, həvəskar şairə Kəmalə Məhərrəmova
17:26 - "ASAN xidmət"də çalışanlara maaş yeni qayda ilə veriləcək
17:21 - Vəkillər Kollegiyasından mühüm qərarlar - Yeni büro yaradılır
17:20 - Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
17:18 - Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji sazişlər və qlobal layihələr
17:14 - İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
17:13 - Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
21:23 - Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
21:22 - Abbas Əraqçi ilə Ceyhun Bayramov regiondakı vəziyyəti müzakirə ediblər
21:21 - Şuşada tarixi yaşayış binası təmir ediləcək - 1,4 MİLYONLUQ LAYİHƏ
21:18 - "BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
21:14 - Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib
21:13 - Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Qarabağ Azərbaycandır: Güclü Lider, Güclü Dövlət, Sarsılmaz Xalq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, həm də qlobal miqyasda müstəqil və güclü mövqeyə sahib olan bir dövlətdir.Onun sözləri həm daxili auditoriyaya güvən, həm də xarici qüvvələrə aydın bir mesaj idi.“Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm? Çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək.”
Bu bəyanat sadəcə siyasi ritorika deyil – bu, Azərbaycanın siyasi iradəsinin, hərbi gücünün və milli birliyinin təntənəsidir.
44 Günlük Zəfər – Sözlə Deyil, Əməllə Yazılan Tarix oldu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Uzun illər işğal altında qalan torpaqlarımız diplomatik yolla deyil, qanla, canla, əzmlə və milli ruhla geri qaytarıldı.
Prezident İlham Əliyev cəbhədə olduğu qədər informasiya savaşında da ön cəbhədə idi. Onun “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə xalqa deyil, dünyaya səsləndirilmiş sarsıdıcı bir xəbərdarlıq idi.
Bu ifadə artıq beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağın rəsmi və hüquqi gerçəkliyinin rəmzidir.
Qələbədən sonra bölgədə həyata keçirilən yenidənqurma, bərpa və böyük qayıdış planları isə bu torpaqların gələcəyini inşa edir.
Təhdidlərə Qarşı Qətiyyətli Mövqe: Sülh istəyirik, amma sülhü qorumağı da bacarırıq
Prezidentin çıxışında vurğulanan əsas mesajlardan biri də Azərbaycanın təhdidə təslim olmayan mövqeyi idi. Əgər əvvəllər Azərbaycan torpaqlarının işğalına göz yumulurdusa, bu gün artıq heç kim Azərbaycanın milli maraqlarına qarşı çıxmağı düşünə bilmir.
Çünki Azərbaycan artıq:
-Modern orduya
-İqtisadi gücə
-Qlobal
diplomatik nüfuza
və ən əsası,bütöv xalq dəstəyinə sahibdir.
Biz sülh tərəfdarıyıq, lakin bu sülh zəiflik üzərində qurulmur. Bu, güclü mövqedən doğan, haqqın müdafiəsi üzərində qurulan bir sülhdür. Biz haqlıyıq,
Biz güclüyük,
Bİz birlikdəyik.
Və biz hər zaman deyəcəyik:
Qarabağ Azərbaycandır!🇦🇿
Bu gün artıq Ermənistan da reallıqları qəbul etməyə məcburdur. Uzun illər bölgədə gərginlik yaradan, işğal siyasəti ilə yaşayan Ermənistan indi sülh danışıqlarında masaya oturmağa,Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanımağa doğru irəliləyir.
Hazırda gedən sülh prosesləri göstərir ki,Azərbaycanın gücü, qətiyyəti və liderliyi regionda yeni bir mərhələnin əsasını qoyur. İndi əsas məqsəd dayanıqlı sülh, qarşılıqlı hörmət və əməkdaşlıqla bölgənin gələcəyini qurmaqdır.
Əgər Ermənistan bu tarixi fürsəti düzgün qiymətləndirərsə,
Lappaforan şəkildə aparılan sülh danışıqları yaxın zamanda müsbət nəticələnəcək və Cənubi Qafqazda qalıcı sabitlik bərqərar olacaq.
Amma hər kəs bilməlidir: Azərbaycan heç vaxt geri çəkilməyəcək. Sülh istəyirik, amma şərtlərlə – Azərbaycanın şərtləri ilə! Qələbə ilə başlayan yol, sülhlə davam edəcək – lakin bu sülh gücümüzün, haqqımızın və liderliyimizin nəticəsi olacaq.